DAĞ QOLU

əsas dağ silsiləsindən ayrılan və başqa istiqamətdə uzanan 2-ci dərəcəli dağ silsiləsi. Əsas dağ silsilələrinin parçalanması və neotektonik hərəkətlərlə qalxması nəticəsində formalaşır. отрог горного хребта offshoot, offset
DAĞ-QAZMA /ÇALA/
DAĞ QOVŞAĞI
OBASTAN VİKİ
Persea qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Persey qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Sürgü qolu
Sürgü qolu müstəvi mexanizminin üzvü olub, hərəkətli üzvlərlə fırlanma kinematik cütləri vasitələri ilə əlaqələndirilərək mürəkkəb hərəkət icra edir. Sürgü qolu porşenin irəli-geri hərəkətini çarxqolunun fırlanma hərəkətinə çevirən çarxqollu-sürüngəc mexanizminin əsas bəndi hesab edilir. Porşenli mühərriklərdə, kompressorlarda və nasoslarda sürgü qolunun içliyi iki tavrlı en kəsiyinə malik olur. Sürgü qolunun porşenlə birləşən hissəsi bütöv, valla birləşən hissəsi isə yağlamanı mümkün etmək üçün söküləbiləndir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. == İstinad == Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
Fransada ilin qolu
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qolu siyahısıdır. Fransada əksər futbol mükafatlarından fərqli olaraq bu mükafatın sahibi cəmiyyət arasında aparılan sorğu nəticəsində müəyyən edilir. İlk qalib isə "Lans" klubunun oyunçusu olmuş Antuan Siberski olmuşdur.
Nəhənglərin Asimptotik qolu
Nəhənglərin Asimptotik qolu — Nəhənglərin asimptotik qolu AGB H-R diaqramında inkşafda olan kiçik və orta kütləli ulduzların yerləşdiyi hissədir. Nəhənglərin asimptotik qolunun tipik nümayəndəsi qırmızı nəhəngdir. Belə ulduzun karbon və oksigendən ibarət nüvəsi, nüvənin ətrafında isə iki təbəqə vardır. Birinci təbəqədə helium yanaraq karbona çevrilir, ikinci təbəqədə isə hidrogen yanaraq heliuma çevrilir. Nüvə oksigen və karbondan ibarətdir və burada heç nüvə reaksiyası getmir. AGB mərhələsi – bu mərhələdə iki hissəyə bölünür: Erken AGB və döyünən temperaturlu AGB. Erkən AGB mərhələsində karbon və oksigendən ibarət nüvənin ətrafındakı nazik təbəqədə heliumun yanması əsas enerji mənbəyidir. İnkşafının bu dövründə ulduz ölçülərini çox böyüdərək qırmızı nəhəngə çevrilir. Onun ölçüsü 1 a.v çata bilər. Təbəqə daxilindəki helium bütünlüklə sərf olunduqdan sonra temperatur döyünməsi mərhələsi başlayır (pulsasiya). Bu zaman ulduz əsas enerjini nazik təbəqədəki hidrogenin yanması hesabına verir.
Qoyun qolu dolması
== Lazım olan ərzaqlar == Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə == Hazırlanma qaydası == Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Sunja (Terekin qolu)
Sunja (rus. Sunja,inquş. Шолжа , çeçen. Соьлжа , Qumuq. Сююнч ) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur. Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km². Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur. == Axın == Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Bık (Samara çayının qolu)
Bık — Ukraynada çay, Samara çayının sol qolu == Haqqında == Bık çayı - Donetsk vilayərinin şimal-qərbindən və Dnepropetrovsk vilayətinin şərqindən axır. Bık çayı şəhər tipli qəsəbə olan Petpopavlovka yaxınlığında Samara çayına tökülür. Çayın uzunluğu 108 km, hövzəsi 1430 kv. km.-dir. Bık çayı Samara-Dnepr-Qara dəniz su sisteminə daxildir. Çayın cənubunda və onun yuxarı hissəsində Dobropolye şəhəri yerləşir. Şəhər tipli qəsəbələr olan Svyatoqorovka, Petropavlovka qəsəbələri, Qanevka, Krivorojye, Slavyanka, Troitsa kəndləri Bık çayının sahillərində yerləşir.
Morava (Dunayın sol qolu)
Morava (alm. March‎, mac. Morva, pol. Morawa) — Mərkəzi Avropada çay. Dunayın sol qoludur. == Coğrafiya == Uzunluğu 388 kilometr, hövzəsinin sahəsi isə 26,6 min km2-dir. Avstriya, Çexiya və Slovakiya ərazisindən keçir. Sudet diyarından başlanır, Çexiya-Moraviya yüksəkliyi və Qərbi Karpat dağları arasında axır. Payızda daşır. == İqtisadiyyat == Qodonin şəhərinədək gəmiçiliyə yararlıdır.
Pronya çayı (Okanın qolu)
Pronya — Rusiya Federasiyasının Ryazan və Tula vilayətlərində çay. Oka çayının sağ qolu. Uzunluğu 336 km, hövzəsinin sahəsi 10.2 min km²-dir. Orta Rusiya yüksəkliyinin şimal-şərq yamaclarında başlanır. Əsasən qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Aşağı axınında gəmiçiliyə yararlıdır. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Seria A ilin qolu
Seria A ilin qolu mükafatı İtaliya A seriyasında mövsüm ərzində vurulmuş ən baxımlı qolun sahibinə təqdim edilən mükafatdır. Mükafatın ilk sahibi isə 2004-cü ildə Andrey Şevçenko olmuşdur.
İj (Kama çayının qolu)
İj çayı — Kama çayının sağ qolu olub, Tatarıstan və Udmurtiya respublikalarının ərazisindən keçir. 1978-ci ildən təbii abidə kimi qorunur. == Axımı == İj çayı Böyük və Kiçik İj çaylarının birləşməsi ilə formalaşır. Çay öz mənbəyini Udmur respublikasının İqrin və Yaşkur-Bodin rayonlarının sərhəddində yerləşən Kiçik Ovşor kəndindən götürür. Çay Tatarıstan və Udmur respublikaları ərazisində şimaldan cənuba doğru istiqamətdə axır (Udmur respublikasında çayın uzunluğu 97 km-dir) və 124 km sonra Kama çayına tökülür. İj çayının mənsəbində Nijnekamı su anbarı yerləşir. Çayın uzunluğu 237 km-dir. (Böyük İj çayıda daxil edilərsə 259 km). Çayın hövzəsi 8510 km², həmçinin İj gölməçəsindən 1640 km² çoxdur. Su hövzəsi yüksək düzənlikdə yerləşir ki, onun da relyefi Sarapul (hipsometrik hündürlüyü 100–150 m) və Mojqin (hipsometrik hündürlüyü 200–250 m) düzənliklərinə ayrılır.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kopaonik (dağ)
Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi Serbiya və Kosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir. == Ümumi məlumat == Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur. Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub. Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş.
Kostyuşko (dağ)
Kostyuşko (pol. Kosciuszko, yerli tələffüz — Kozi-osko (ˈkɔziˌɔskoʊ, BFƏ) ) — Avstraliya qitəsinin ən yüksək zirvəsi. Yeni Cənubi Uels ştatının cənubunda və bu ştatla həmsərhəd olan Viktoriya ştatının yaxınlığında, eyni adlı milli parkın ərazisində yerləşir. Zirvənin hündürlüyü 2228 metrdir. İlk dəfə 1840-cı ildə fəth edilmişdir. Zirvə, Avstraliya Alpında yerləşir. == Tarixi == Dağın zirvəsinə qalxmış ilk insan polyak səyahətçisi, coğrafiyaçı və geoloq Pavel Edmund Stşeleski olmuşdur. O bu dağın adını hərbçi və siyasətçi Taeduş Kostyuşkonun şərəfinə adlandırmışdır. == Maraqlı faktlar == Əvvələr bu dağın adı Taunsend idi, "Kostyuşko" adı isə bu dağa qonşu olan o zamanlar, Avstraliya Alpında ən yüksək zirvə hesab edilmiş dağa verilmişdir. Sonralar tədqiqatlar nəticəsində məlum oldu ki, Taunsend dağı "Kostyuşko" dağından 20 metr hündürdür.
Kömüratan (dağ)
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.
Liverpul (dağ)
Liverpul (ing. Liverpool Range) — Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisində yerləşən dağ silsiləsi. Liverpul vulkanik mənşəli dağ silsiləsidir. Liverpul sıra dağlarının ən yüksək nöqtəsi olan Oksli dağının hündürlüyü 1372 m-dir. Dağın cənub yamacları çoxlu çayın, o cümlədən Hanter və onun qollarının mənbəsidir. Şimal yamacları Pil və Muki çaylarının mənbəsidir.
Məmmədvəli (dağ)
Məmmədvəli — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Şəmkir və Şamxor çayları arasında yerləşir. Hündürlüyü 2645 m. Oronim Məmmədvəli şəxs adı ilə bağlıdır. Görünür, dağın ərazisi həmin şəxsə məxsus yaylaq yurdu olmuşdur.
Nemrut Dağ
Nəmrud dağı (türk. Nemrut Dağı, yun. Όρος Νεμρούτ, erm. Նեմրութ լեռ) — Türkiyənin cənub-şərqində dağ; Tavr dağları silsiləsində, Adıyaman ilində yerləşir. Dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşir. == Tarix == E.ə. 62-ci ildə Kommagena çarı, Yervəndilər sülaləsindən olan I Antiox Nəmrud dağının yüksəkliyində məzar türbəsi inşa etdirmişdi. Kurqanın mərkəzində Antioxun qəbri yerləşir. 1882–1883-cü illərdə Otto Puxşteyn və Karl Human tərəfindən burada tədqiqat işləri aparılmışdır. 1987-ci ildə dağın ətrafındakı arxeoloji abidələr YUNESKO-nun Ümumdünya irsi obyektlərnin siyahısına daxil edilmişdi.
Olimp (dağ)
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.